Meşələrin Elektron Atlası yaradılacaq

16-07-2021, 00:00           
Meşələrin Elektron Atlası yaradılacaq
“Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda debat keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Resurs İnstitutu və BMT ilə birgə Meşələrin Elektron Atlasını yaradacaq.

AYNA-nın məlumatına görə, bunu İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, ETSN nümayəndələri və digər fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.


O bildirib ki, bəzən meşə ərazisinə müdaxilə olunur, torpaq istifadəçiləri arasında narazılıq yaranır: "Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə Meşələrin Elektron Atlası yaradılacaq. Bu, Avropa və BMT-nin ətraf mühit proqramı tərəfindən həyata keçirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru