İsraildə məhkəmə Netanyahunun işi üzrə iclası sentyabra təyin edib

16-07-2021, 07:31           
İsraildə məhkəmə Netanyahunun işi üzrə iclası sentyabra təyin edib
Qüdsün Dairə məhkəməsi İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunun üç işi üzrə məhkəmə dinləmələrini 19 iyul tarixindən sentyabr ayının ortalarına keçirib.

Trend xəbər verir ki, bu barədə İsrailini "Kan" dövlət radiokanalı məlumat verib.

Məlumata əsasən, prokurorluq dinləmələrin təxirə salınması barədə vəsatəti əsas şahidlərdən birinin "şəxsi tələbi" ilə əlaqələndirib. Növbəti məhkəmə iclasının 13 sentyabrda baş tutacağı gözlənilir.

Xatırladaq ki, 21 noyabr 2019 tarixində Baş prokuror Avihay Mandelblit Binyamin Netanyahunu rüşvətxorluq, xalqın etimadından sui-istifadə və fırıldaqçılıqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru