"ASAN" mərkəzləri 17 iyul tarixində xidmət göstərəcək

17-07-2021, 06:40           
"ASAN" mərkəzləri 17 iyul tarixində xidmət göstərəcək
17 iyul tarixində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü olacaq.

"ASAN xidmət"dən verilən məlumata görə, 18 iyul tarixində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncədə yerləşən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

19, 20, 21 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru