OPERATİV QƏRARGAH, XAHİŞ EDİRƏM, BİZİ AZ HƏDƏLƏYİN
22-07-2021, 16:16
İslanmışın yağışdan qorxusu olmur. Xəstələnənlərin sayı 1500-2000 olanda bizi bu qədər hədələmirdiniz. İndi 200-250, vay sərt karantin rejiminə keçəcəyik, ay delta belə gəldi, ştam elədən getdi (Dilçilik İnstitutu, «ştam» bir «m»la yazılmalıdır, yoxsa iki «m»la). Professor Adil Qeybullaya da bir sualım var. Hörmətli professor, biz hamımız nə vaxt qırılacağıq?
Hörmətli Operativ Qərargah, bir sualımız da sizə var:
- Toylara, mollara, məscidlərə icazə verdiniz, bəs, kitabxanalara nə vaxt icazə verəcəksiniz? Qorxursunuz ki, kitab oxuyub çox şey bilərik? ədalət/