BioNTech Almaniyada daşqınlardan ziyan çəkənlərə 1 milyon avro ayıracaq
23-07-2021, 07:33
"BioNTech" şirkəti Almaniyanın qərbindəki daşqından zərər çəkən bölgələrə 1 milyon avro yardım ayırmaq niyyətindədir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən məlumat verilirib.
"BioNTech" Almaniyada Təbii fəlakətlər üzrə yardım birliyinə 1 milyon avro ayıracaq. Bununla şirkət həmrəyliyini ifadə etmək və yaxınlarını, dostlarını, evlərini və əmlaklarını itirən çox sayda insana dəstək olmaq istəyir", - məlumatda bildirilir.