COVID-19 pasportu olmadan toyda pul yazdırıb çıxmaq olar? - DİN-dən CAVAB

27-07-2021, 09:12           
COVID-19 pasportu olmadan toyda pul yazdırıb çıxmaq olar? -
“Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir”.

Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.

E.Hacıyev bildirib ki, çünki şəxs müvafiq yoxlamadan keçir:

“O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir”. /Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru