“Delta” ştammı heyvanları da öldürür

16-09-2021, 08:58           
“Delta” ştammı heyvanları da öldürür
Monqolustanın baytar həkimləri ilk dəfə koronavirusdan heyvan ölümlərini qeydə alıblar.

Modern.az xəbər verir ki, bu barədə Monqolustanın Baytarlıq Xidmətləri Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, ötən ay iki qunduz tələf olub. Laboratoriya nəticələri heyvanların ölümünə səbəb kimi COVID-19 olduğunu göstərib.

Heyvanların ölümü Ulan-Bator Ətraf Mühit Departamentinin nəzdindəki qunduz yetişdirmə mərkəzində qeydə alınıb. Bu mərkəzdə daha yeddi qunduza "Delta" ştammı diaqnozu qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru