İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub

16-09-2021, 11:05           
İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub
Bir aylıq fasilədən sonra İranla Əfqanıstan arasında təyyarə reysləri bərpa olunub.

Məlumatı “al-Alam TV”-i yayıb.

Sentyabrın 15-də Məşhəd şəhərindən uçan İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarə göyərtəsindəki 19 sərnişinlə Kabilin hava limanına enib.

Təyyarə daha sonra sərnişinlərlə birlikdə Kabildən Məşhəd şəhərinə uçub.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Kabil hava limanının Uçuşları İdarəetmə Mərkəzi müəssisənin sistemlərinin sıradan çıxdığını və BMT-nin nəzarətinə verildiyini bildirmişdi. Bunun ardınca Əfqanıstanın hava məkanı bütün uçuşlar üçün bağlanmışdı. Ona görə də avqustun 16-dan etibarən İran Mülki Aviasiya Təşkilatı, o cümlədən “Mahan Airlines” Kabilə uçuşu dayandırmışdı.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru