Paris Notr-Dam kilsəsində bərpa işlərinə başlanılır

19-09-2021, 09:51           
Paris Notr-Dam kilsəsində bərpa işlərinə başlanılır
2019-cu ildə Fransanın paytaxtı Parisdə güclü yanğın nəticəsində ciddi zərər çəkmiş Paris Notr-Dam kilsəsində möhkəmləndirilmə və təhlükəsizlik işləri başa çatdırılıb.

Bu barədə Notr-Dam kilsəsinin bərpası ilə məşğul olan dövlət qurumunun açıqlamada qeyd olunur.

Məşhur kilsədə aparılan işlərin nəzərdə tutulan qrafikə uyğun olaraq uğurla başa çatdığı bildirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, kilsədə ilk restavrasiya və bərpa işlərinə qış aylarında başlanılacaq.

Mənbə: BFM TV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.