İranın PUA-ları Xudafərin körpüsü istiqamətində havaya qaldırıldı - FOTO

19-09-2021, 19:31           
İranın PUA-ları Xudafərin körpüsü istiqamətində havaya qaldırıldı - FOTO
İran ordusu Azərbaycanla sərhəddə olan Aslandüz-Horadiz istiqamətində çoxlu sayda zirehli texnika, döyüş helikopterləri, PUA-lar və çox sayda canlı qüvvə cəmləşdirərək, hərbi təlimlərə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya sosial şəbəkələrdə yayılıb.

Mənbə yazır ki, hal-hazırda İrana məxsus PUA-lar və döyüş helikopterləri Xudafərin körpüsü istiqamətində olan sərhəddə uçuşlar həyata keçirir.

İran hərbi qüvvələri bütün hərbi texnikaların üzərinə ali dini lider Ayətullah Xameneyinin "İsrail növbəti 25 ili görməyəcək" yazılı bannerlərini asıblar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.