Rusiyada Dumaya seçkilər başa çatıb

20-09-2021, 00:11           
Rusiyada Dumaya seçkilər başa çatıb
Rusiyanın VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər başa çatıb. Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir. “Report”un Rusiya bürosunun məlumatına görə, bu günlərdə həmçinin ölkədə bələdiyyə seçkiləri keçirilir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallğı 45 %-i ötüb.

Səsvermələrin aktiv olduğu regionlar arasında Çeçenistan da var. Burada seçicilərin 93 %-dən çoxu səsvermələrdə iştirak edib. Tatarsıtan və Başqırdıstanda seçici fəallığı müvafiq olaraq 70 % və 65 %-i ötüb.

Paytaxt Moskva sakinlərinin öz səslərini onlayn vermək imkanı da var. Qeyd edilir, onlayn səsvermədə iştirak 95 % olub.

"Onlayn seçicilərin sayı 2 014 765 nəfərdir. Seçkilərdə 1 913 304 bülleten verilib. Seçkilərdə iştirak 95 %-dir", - xəbərdə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru