COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılmır - Diqqət!

20-09-2021, 09:54           
COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılmır - Diqqət!
Sentyabrın 22-dən etibarən Azərbaycanda 2021-2022-ci tədris ili start götürəcək. Artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən bütün hazırlıqlar görülüb, müəllimlər, valideynlər və şagirdləri maraqlandıran bütün suallara aydınlıq gətirilib.

Vətəndaşları ən çox maraqlandıran sual isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmaması ilə bağlı idi.
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu sualı cavablandırarkən, “valideynlərdən heç bir COVID-19 pasportu tələb etmirik” açıqlamasını vermişdi.

Bu gündən isə Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək, yaxud məktəblə bağlı hər hansı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır. Məktəblərdə buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib. //modern.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru