Avropada qazın qiyməti 8 % artıb

20-09-2021, 11:47           
Avropada qazın qiyməti 8 % artıb
Avropanın fyuçers bazarında qazın qiyməti 8 % artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti 8 % artaraq 1000 kubmetr üçün 860,2 ABŞ dollarına çatıb.

Avropanın fyuçers bazarında təbii qazın qiymətindəki volatillik davam edir. Sentyabrın 15-i qiymətlər rekord 963,9 ABŞ dollarınadək yüksəldi. Bir gün sonra qiymətlər 10 %-dən çox azaldı. Ötən həftənin cümə günü isə təbii qazın fyuçers qiyməti 4,6 % artaraq 807,1 ABŞ dolları oldu.

Avropada təbii qaz qiymətlərinin artmasının səbəblərindən biri kimi anbarlarda qaz ehtiyatlarının aşağı səviyyədə olması göstərilir. Belə ki, Avropa İttifaqında yeraltı qaz anbarlarının dolum səviyyəsi son 10 il üçün orta göstəricidən 20 % azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru