Xərçəngin geniş yayılmış növünə əlac tapıldı - FOTO

21-09-2021, 08:19           
Xərçəngin geniş yayılmış növünə əlac tapıldı - FOTO
Sidney Yüzillik İnstitutu alimləri müəyyən ediblər ki, səhləb gülünün tərkibindəki maddələr prostat vəzi xərçənginə qarşı effektli təsir göstərir.

Müvafiq araşdırmanın nəticələri “Frontiers in Oncology” jurnalında dərc edilib.

Məqalədə qeyd olunub ki, prostat vəzi xərçəngi dünyada xərçəng xəstəliklərinin ən geniş yayılmış ikinci növüdür. Ölüm əmsalına görə isə bu xəstəlik öz sinifində altıncı yeri tutur.

Araşdırmaya görə, şəfaverici erianin maddəsi yalnız Cənub-Şərqi Asiyada bitən və elmi adı “Dendrobium chrysotoxum” olan səhləb çiçəyi növündədir. Bu maddə xəstəliyin həm erkən, həm də sonrakı dövrlərində şişə qarşı effektli təsir göstərir.


Mənbə: “Florida News Times”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru