Britaniyada “uşaq çatışmazlığı” yaşanır

21-09-2021, 08:45           
Britaniyada “uşaq çatışmazlığı” yaşanır
Britaniyanın Sosial Marketinq Fondu maraqlı araşdırma aparıb.

Cari ildə krallıqda doğum əmsalının kəskin aşağı düşməsi nəticəsində “uşaq çatışmazlığı”nın yaşandığı bildirilib.

Fondun təhlilinə əsasən, yeni doğulan körpələrin azlığı perspektivdə iqtisadiyyat üçün də ciddi təhdidə çevrilib.

Yayılan rəqəmlərə əsasən, 1964-cü ildə hər qadına düşən yeni doğulan körpə sayı 2.93 olduğu halda, ötən il bu göstərici 1.58-ə düşüb. Şotlandıyada isə hətta 1.29-adək geriləyib.

Ekspertlərin sözlərinə görə, əhali sayını sabit saxlamaq üçün doğum əmsalı 2.1 olmalıdır.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru