Əkrəm Həsənov: “Devalvasiya nə bu il, nə də növbəti ilin əvvəlində ola bilər”

24-09-2021, 00:05           
Əkrəm Həsənov:
“Yaxın aylarda Azərbaycanda devalvasiya gözlənilmir, çünki makroiqtisadi göstəricilər, neftin qiyməti kifayət qədər məqbuldur. Yəni, manatın ucuzlaşması üçün heç bir şərait yoxdur”.

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank bu yaxınlarda uçot dərəcəsini yenidən artırmaqla sübut etdi ki, ölkədə sərt pul siyasəti həyata keçiriləcək: “İnflyasiya və devalvasiya ilə mübarizə aparılacaq. Mərkəzi Bank onsuz da dövriyyədə çox pul həcmi saxlamayıb. Yəni, ona görə də devalvasiya nə bu il, nə də növbəti ilin əvvəlində ola bilər. Lakin dünyada xüsusi dəyişiklik olarsa, bəlkə də mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru