Beyləqanda saxta diplomlu müəllim iş başında

11-03-2016, 09:59           
Beyləqanda saxta diplomlu müəllim iş başında
Beyləqan rayonundan adının çəkilməsini istəməyən mənbə cumhuriyyət. az-ın elektron poçtuna ilginc məlumat göndərib. Həmin məlumata görə Beyləqan rayon şahmat məktəbində saxta diplomla işləyən müəllimə var. 1978 ci il təvəllüdlü olan Dilarə Nemətli üç uşaq anasıdır.
Sözügedən şəxsin diplomunun saxta olması rayon prokurorluğu tərəfindən yoxlanılıbı və təsdiqini tapıb. Ancaq D.Nemətlinin havadarları bu işin rayon prokurorluğunda ört-basdır olunmasına nail oldular və cumhuriyyet.az-a daxil olan məlumata görə sonradan onu güya ki, birinci dərəcəli şahmatçıdır deyərək işdə saxlayıblar: “Bu məsələ tamamilə qanusuz və saxtadır. Çünki birinci dərəcəli şahmatçı hər il respublika turnirində iştirak edib, nəticəsini təzələməlidir. Bu prosedurlara Dilarə Nemətli əməl etmir. Saxta diplom qalmaqalı ilə bağlı təhsil nazirliyindən yoxlama gəldi və saxta diplomun bir nüsxəsi də onlara təqdim olundu. Şahmat məktəbində ali təhsilli, şahmatı bacaran pedaqoqlar ixtisara düşdü, idman ustalığına namizədlər ixtisara düşdü ancaq bu adamı yerindən tərpədən olmadı”.
Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqova, şahmat məktəbinin direktoru İlkin Əhmədova belə bir sual edirik. Saxta diplomlu olan Dilarə Nemətli sizlərin hansı maraqlarınızı təmin edir ki, onu hələ də işdə saxlayırsınız? Bu adamın pedoqoji təhsili yoxdur, güya ki, Göyçay sənaye kollecini bitirib. Hal hazırda həmin məktəbdə davamlı dərs keçirilmir ancaq D.Nemətli və digər şəxslər dövlətdən havayı əmək haqqı almaqda davam edirlər.
Rayondan cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Beyləqan rayonunda qanuna zidd əməllər bununla bitmir. Rayonda məmur özbaşnalığı baş alıb getməkdədir. İnsanlar sözünü deyə, haqqını əldə edə bilmir. Çünki rayonun rəhbərinin işi gücü rüşvət yığmaq və bacardıqca daha çox oğurlamaqdan ibarətdir. Beyləqanda dövlət, dövlətçilik haqqında heç bir məmur fikirləşmir. Onlar üçün ən əsas olan şəxsi gəlirlərini artırmaqdır. Biz də bu məsələni diqqətdə saxlayacağıq. Bizi izləyin…
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.