Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet alıb – Nə baş verəcək?

28-09-2021, 07:24           
Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet alıb –
“Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”.Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.O, həmin günün axşamı Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib: “Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdəTbilisiyə çatacaq.Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

xeberxetti.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru