"YouTube" peyvəndlərlə bağlı hansı videoları siləcək? - AÇIQLAMA

30-09-2021, 00:07           
"YouTube" peyvəndlərlə bağlı hansı videoları siləcək? - AÇIQLAMA
"YouTube" videohostinqi dezinformasiya ilə mübarizə çərçivəsində dünyada təsdiq edilən koronavirusa qarşı peyvəndləri şübhə altına salan bütün videoları siləcək.

Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb. Bildirilir ki, bunu "YouTube"un vitse-prezidenti Mett Halprin deyib.

Onun sözlərinə görə, peyvəndlərin təhlükəli olduğunu və ya sağlamlığa uzun müddətli mənfi təsir göstərə biləcəyini göstərən bütün videolar videohostinqdən silinəcək.

Qeyd edilir ki, yeni qayda yalnız COVID-19-a qarşı dərmanlar deyil, bütün peyvəndlərə aiddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru