"Azərcell"-də müştərilərə göstərilən bərbad xidmət
11-03-2016, 17:19
"Azərcell" bu gün Azərbaycana ancaq tam bir qazanc mənbəyi kimi baxır. Onun öz müştərilərinin rahatlığının qaydına qaldığı barədə yayımladığı bütün reklam çarxları deyəsən elə reklam olaraq qalmaqda davam edir.
Bu gün əməkdaşımızın “Azərcell”-in Bəsti Bağırova 2 (OMD uşaq xəstəxanasının yanı) ünvanında yerləşən müştəri xidmətləri offisinə baş çəkdi. Onun təəsüratları bu şirkətin bütün reklamlarını alt üst edir.
“Azərcell” 2015 –ci ildə dövlət xəzinəsinə verdiyi yüksək vergilərdən fəxrlə danışır. Lakin bütün bunlar ın nəyin hesabına olduğunu heç dilə belə gətirmir. Artıq dəfələrlə mətbuatda “Azərcell”-in bərbad işi ilə bağlı faktlar açıqlanıb. Ən yüksək tariff haqları olan bu şirkət aldığı pulun müqabilində müştərilərinə göstərdiyi xidmətlər demək olar ki, sıfıra bərabərdir.
Əməkdaşımızın bu “Az\rcell”-in Bəsti Bağırova 2- ünvanın viziti isə bütün bunları bir daha sübut etdi. Səhər saat 10- 10.05 radələrində “Azərcell”-in offisinə kiçik problem ilə bağlı gələn əməkdaşımız nömrə götürərək siraya dayanıb. Qos qoca offisdə 14 nəfər operator əvəzinə cəmii 4 nəfər vətəndaşların problemləri ilə məşğul idilər. Azı əməkdaşımızın nömrəsi ilə operatorun çağırdığı nömrəninarasında 11 nömrə fərq var idi. Məntiqlə özünə və müştərisinə hörmət edən şirkət əlavə oeratorları iş masalarına oturdaraq müştərilərin problemlərini tez və operativ həll etməkdə maraqlı olmalıdır. Lakin “ Azərcell”- də bu prinsiplər yoxdur. Çünki bu şirkət üçün əsas gəlirləridir. Əməkdaşımız 1 saat gözlədiyi növbə ərzində 2 nəfər gözləmədən çıxıb getdi.
Əməkdaşımızın növbəsini gözlədiyi müddətdə 2 nəfər müştəri şikayətlərini növbə rəisinə çatdırdı.
Əməkdaşımızın növbə rəisinə operatorların masalarının böyük əksəririyyətinin nədən boş olması ilə bağlı verdiyi suala cavab ala bilmədi. 14 opretor masasından cəmi 4 - dündə əməliyyatçılar oturmuşdu. Adının çəkilməsini istəməyən bir əməkdaşın dediyinə görə, ixtisarlardan sonra xidmət servisi bu hala gəlib. Böyük gəlirləri ilə fəxr edən “Azərcell” müştərilərinin rahatlığı üstündən bir azda artıq gəlir etmək xülyasına düşüb. Bu xülyada müştəırilərin başında sınıb. İxtisar ediln təbii olaraq rəhbərlikdən deyil, sadə operatorlardan oub. Bu da onların iş prosesinə təsir edirb. Şəkillərdə gördüyünüz kimi operatorların iş masaları boşdur. Ən azından 10 nəfər görəcəyi işi "Azərcell" cəmi 4 nəfərə tapşırıb.
Hər halda əməkdaşımız düz 1 saatdan sonra növbəsi çatdığını görərək 5 dəqiqəyə işini həll etsədə, ondan sonra növbədə qalan və növbəsini gözləyən insanların öz problemlərini nə zaman həll edəcəkləri sual altında idi.
Araşdırmamz davam edir. Bizi izləyin
Teref .info olaraq qarşı tərəfində fikirlrinə yer verməyə hazırıq.