14 ildir öskürəkdən müalicə alırdı - Ağciyərindən sümük çıxdı

1-10-2021, 00:04           
14 ildir öskürəkdən müalicə alırdı -

22 yaşlı tələbə 14 ildir ki, öskürəkdən əziyyət çəkirdi. Çinin Quandhun əyalətindən olan qız 14 il əvvəl toyuq yeyərkən nəfəs borusuna düşən toyuq sümüyü irəliləyərək ağciyər toxumasına ilişib qalıb.

Medicina.az xəbər verir ki, uşaqlıqdan xroniki öskürəkdən əziyyət çəkən qız müalicələr alsa da faydası yox idi. Ağciyərlərin komputer tomoqrafiyası çəkilsə də heç bir şey tapılmamışdı.

Həkimlər ona bronxoektatik xəstəlik diaqnozu qoyub, antibiotiklər yazmışdı.

Nəfəsalmada da əziyyət çəkən qız həddən artıq çox tərləyirdi.

22 yaşında bir də tomoqrafiyadan keçən tələbə qızın ağciyərində bu dəfəki şüa diaqnostika həkimi sağ ağciyər payında yad cisim aşkarlayır.

Əməliyyata alınan qızın ağciyərindən 2 smlik qaralmış və ətrafı çürümüş toyuq və ya qaz sümük parçası çıxarılıb.
Uzun illərin xroniki öskürəyin səbəbi də bu imiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru