Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib.
Axar.az erməni mediasına istinadən xəbər verir ki, eks-nazir 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən gün D.Tonoyan evində axtarış aparıldıqdan sonra saxlanılmışdı. O, böyük məbləğdə dövlət əmlakının mənimsənilməsində təqsirləndirilir.