Xurma alarkən diqqət: Ziyanlı ola bilər

24-12-2021, 07:17           
Xurma alarkən diqqət:
Quru meyvələri seçmək və onları alarkən diqqət etmək lazımdır. Əks təqdirdə onlar ziyanlı ola bilər.

Cebhe.info xəbər verir ki, dietoloq Svetlana Pançenko məhsulun xarici görünüşü onun necə qurudulduğunu və emal edildiyini dəqiq göstərdiyini deyib. Belə ki, həkimin fikrincə, parlaq və çox yumşaq quru meyvələr zərərlidir:
“Parlaq və çox yumşaqdırsa, emal zamanı yağ və ya qliserindən istifadə olunub. Məsələn, şəkər siropunda isladılmış xurmaya məhz o, parlaqlıq verir”.

Mütəxəssis bildirib ki, qurudulmuş meyvələrin əksəriyyətinin daha uzun müddət saxlanılması və parazitlərdən qorunması üçün kükürd dioksiddən istifadə olunur: “Rəngi parlaq olmayan və qabığı çatlamayan quru meyvələrə üstünlük verin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru