ABŞ-da 66 dəniz piyadası COVID peyvəndindən imtina etdiyi üçün ordudan kənarlaşdırılıb

24-12-2021, 11:02           
ABŞ-da 66 dəniz piyadası COVID peyvəndindən imtina etdiyi üçün ordudan kənarlaşdırılıb
ABŞ Dəniz Piyadaları Korpusu 66 piyadanı koronavirusa qarşı peyvənd etməkdən imtina etdiyi üçün ordu sıralarından kənarlaşdırıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusu məlumat yayıb.

Bildirilir ki, xəstəliyin insanlar arasında yayılma sürəti Dəniz Piyadaları və Korpusun missiyası üçün riski artırır.

Dəniz Piyadaları Korpusu həmçinin vaksinasiyadan dini zəmində azad olunmağa dair bütün xahişləri də rədd edib.

Dəniz piyadaları arasında peyvənd olunma göstəriciləri ABŞ ordusunda ən aşağıdır. Hərbi-Dəniz, Hərbi Hava Qüvvələri və Orduda hərbçilərin 98%-i azı bir peyvənd qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru