Gürcüstanda “omikron”a yoluxanların sayı 50-ni ötüb

26-12-2021, 08:13           
Gürcüstanda “omikron”a yoluxanların sayı 50-ni ötüb
Gürcüstanda koronavirusun “omikron” ştamına indiyədək 51 yoluxma halı təsdiqlənib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yerli Birinci kanala bildirib.

Onun sözlərinə görə, yoluxanlardan 5-i 18 yaşdan kiçikdir, onlardan biri 3 yaşlı uşaqdır və azyaşlı xəstəliyi simptomsuz keçirir.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni mutasiyasına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru