Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qayıdıb

27-12-2021, 17:38           
Rusiyada qalan 600-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə qayıdıb
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.

Teref.Az APA-ya istinadən bildirir ki, bu proses artıq bir neçə gündür həyata keçirilir.

Belə ki, gün ərzində "Samur" gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.

Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.