“Müasir Darvin” dünyasını dəyişdi

28-12-2021, 00:05           
“Müasir Darvin” dünyasını dəyişdi
Amerikalı bioloq, yazıçı və iki dəfə “Pulitzer” mükafatı laureatı, "müasir Darvin" adlandırılan Edvard Osborn Uilson bazar günü 92 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun adını daşıyan Biomüxtəliflik Fondu məlumat yayıb. Bildirilir ki, Uilson dekabrın 26-da Berlinqtonda vəfat edib.

Qeyd edək ki, Harvard Universitetində dərs deyən Uilsonu “Darvinin varisi” və ya “21-ci əsr Darvini” adlandırırlar. O, xüsusən də qarışqalar üzrə dünyanın ən böyük mütəxəssislərindən biri idi (400-dən çox qarışqa növünü kəşf etmiş və tədqiqat aparıb). Uilson 1995-ci ildə “Time” tərəfindən 25 ən nüfuzlu amerikalıdan biri, 2005-ci ildə “Foreign Policy” jurnalı tərəfindən dünyanın ən yaxşı 100 ziyalısından biri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru