Daşaltıda məzar yerlərində ekshumasiya işləri aparılıb

26-01-2022, 13:18           
Daşaltıda məzar yerlərində ekshumasiya işləri aparılıb
“Aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Daşaltı kəndində aparılıb. Qeyd edim ki, 1992-ci ilin yanvar ayının 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb”.

Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O qeyd edib ki, ötən ilin fevral ayında Daşaltı kəndində müvafiq axtarış araşdırma işi aparılıb və məhz həmin əməliyyat zamanı həlak olaraq dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilərək orada ekshumasiya aparılıb:

“Ekshumasiya prosesində Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqları DNT nümunələrinin götürülməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinə təqdim edilib. Meyit qalıqlarından götürülmüş DNT nümunələrindən müvafiq profillər çıxarıldıqdan sonra eyniləşdirmə işinə başlanılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru