Rusiyanın məşhur kiriminal jurnalistini dəfn edən tapılmır

15-02-2022, 08:00           
Rusiyanın məşhur kiriminal jurnalistini dəfn edən tapılmır
Fevralın 14-də məşhur rusiyalı jurnalist Larisa Kislinskaya vəfat edib. O, 63 yaşında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə aktyor Stanislav Sadalski öz İnstaqram hesabında məlumat yayıb. O Kislinskayanın yaxın qohumları olmadığı üçün Jurnalistlər Birliyini dəfn mərasiminin təşkilində köməklik etməyə çağırıb.

- Larisa görkəmli kriminal jurnalist, Rusiyanın mütəşəkkil cinayətkarlığı və korrupsiyasının ən məşhur tədqiqatçılarından biri, qorxmaz və istedadlı insan idi.

O qeyd edib ki, Kislinskaya heç kimdən qorxmayıb.Mərhum yazar Kvantrişvilinin Vaqankovski qəbiristanlığında dəfn edilməsinə qarşı çıxan yeganə insan olub. Jurnalistin fikrincə, qulduru Vısotskinin yanında basdırmaq olmazmış.

Qeyd edək ki, Larisa Kislinskaya 8 iyun 1958-ci ildə Moskvada anadan olub. Bir neçə nəşrdə işləyən Larisa 1997-ci ildən "Sovershenno Sekretno"da çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru