Azərbaycan neftinin qiyməti 100 dollara çatdı: İllik rekord yeniləndi

15-02-2022, 11:05           
Azərbaycan neftinin qiyməti 100 dollara çatdı: İllik rekord yeniləndi
Azərbaycan neftinin qiyməti 100 ABŞ dollarına yaxınlaşıb.

Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,95 ABŞ dolları və ya 0,96 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 99,70 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.