Urmu gölünün sahilində torpaq çökməsi baş verib

16-02-2022, 08:25           
Urmu gölünün sahilində torpaq çökməsi baş verib
İranın Yollar və Şəhərsalma Nazirliyinin Tədqiqat Mərkəzinin seysmik mühəndislik və risk şöbəsinin rəhbəri Əli Beytullahi Urmu gölünün sahilyanı ərazisində, torpaq çökməsi və sürüşmənin baş verdiyini barədə məlumat yayıb.

“Çökmənin çimərliklər, göllər və limanlar boyunca baş verməsi inandırıcı olmasada təəssüf ki, son çöl tədqiqatlarına əsaslanaraq Urmu gölünün şərq sahillərində, Dizəc Xəlil ilə Şərəfxanə limanı arasındakı ərazidə çatlar aşkar etdik.

Bölgənin 2 km-də çatlar və çökmə boşluqları qeydə alınıb”-deyə, Beytullahı özünün sosial media hesabında yazıb.

Onun yazdığına görə, Qərbi Azərbaycan əyalətində qrunt sularının 70% azalmasından sonra çökmə, torpaq sürüşmələri müşahidə olunub və Urmu gölünün suyunun səviyyəsinin azalmasından sonra gölün şərq sahilləri də bundan təsirlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru