Parisdə küçələrdə “səs-küy radarı” cərimə yazacaq

16-02-2022, 09:50           
Parisdə küçələrdə “səs-küy radarı” cərimə yazacaq
Fransanın paytaxtı Parisdə motosiklet və ddigər nəqliyyat vasitələrinin səs-küyünü təsbit edib, cəzanı müəyyən edə bilən səs radarı sınaq üçün istifadəyə verilib.

Hərəkətdə olan avtomobillərin səs-küy səviyyəsini ölçə və nömrə nişanlarını müəyyən edə bilən ilk səs-küy radarı küçə lampası dirəyinə quraşdırılıb.

“Həddindən artıq səs-küy insanların əsəblərini korlayır. Bu, sağlamlığımız və keyfiyyətli həyat üçündür. İlk səsli radarın məqsədi çox səs-küy yaradan avtomobilləri avtomatik cərimələməkdir”, - deyə şəhər merinin müavini Devid Belliard bildirib.

Avropa Ətraf Mühit Agentliyinin 2021-ci il dekabr tarixli məlumatlarına əsaslanan araşdırmaya görə, Paris Avropanın ən səs-küylü şəhərlərindən biridir.

Mənbə: TRT Haber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.