Rusiyanın Ukraynada “Suriya ssenarisi”ni hazırladığı ehtimal olunur.
Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
Denisenko Ukraynanın guya “kimyəvi hücum” hazırlaması ilə bağlı rusların saxta məlumat yaymasına diqqət çəkib:
“Təəssüf ki, rusların ölkəmizdə “Suriya ssenarisi” hazırladığını istisna edə bilmərik. Son üç həftə ərzində ruslar Ukrayna ərazisində “biokimyəvi laboratoriyalar” haqqında fəal şəkildə xəbərlər yayırlar. Ukraynanın müvafiq xidmətləri indi bunun üzərində işləyirlər ki, buna qarşı necə çıxacağımızı müəyyənləşdirək. Müvafiq strukturlar əhalinin bilməli olduğu hər şeyi mütləq dərc edəcək. Digər tərəfdən, bu, böyük bir informasiya zərbəsidir. Bunu dünyanın hər yerində bildirməliyik. Yəni ruslar başa düşməlidirlər ki, kimyəvi hücum onlara işğaldan qat-qat baha başa gələcək”, - Denisenko bildirib.