Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün bu qədər pul yığılıb

11-03-2022, 20:29           
Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün bu qədər pul yığılıb
11 mart 2022-ci il tarixinə Milli Bankın Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün açdığı xüsusi hesaba qrivna (1 dollar = 29,54 qrivna) ekvivalentində 11,3 milyarddan çox vəsait köçürülüb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, tənzimləyicinin mətbuat xidmətinin məlumatına görə, vəsait həm Ukraynadakı vətəndaşlardan, müəssisələrdən, həm də beynəlxalq ictimaiyyətdən daxil olub. Xüsusilə, xaricdən xarici valyutada təxminən 3,3 milyard qrivna ekvivalenti daxil olub.

Bu vəsaitdən Milli Bank artıq 10,2 milyard qrivnanı ordunun ehtiyaclarına köçürüb. İndi xüsusi hesabdakı vəsaitlərin qalığı demək olar ki, 1,14 milyard qrivna təşkil edir.

Həmçinin, martın 11-nə Milli Bankın humanitar məqsədlər üçün açdığı Sosial Siyasət Nazirliyinin hesabına 194 milyon qrivna ekvivalenti köçürülüb. Ümumilikdə, xaricdən xarici valyutada 77 milyon qrivna ekvivalentindən çox vəsait daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru