Döyüş Donbasda yox, Moskvada olacaq! - Rus şərhçi

21-04-2022, 09:12           
Döyüş Donbasda yox, Moskvada olacaq! - Rus şərhçi
Rusiya diktatoru Vladimir Putini gələcəkdə hərbçilərlə qarşıdurma gözləyir, hansı ki, burada tərəflərdən biri məhv olacaq.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Andrey Piontkovski deyib.

O iddia edib ki, Rusiyada generalların təmizlənməsi prosesi gedir və bir çox tanınmış hərbi xadim əlaqəyə çıxmır:

“Generalların təmizlənməsi başlanıb. Birincisi, general Aleksandr Dvornikovun Rusiya ordusunun baş komandanı təyin olunması, ikincisi isə bir sıra tanınmış ictimai xadimin yoxa çıxması ilə bağlıdır".

O bildirib ki, təbliğatçılar müdafiə naziri Sergey Şoyqu ilə birgə öncədən hazırlanmış süjetlərlə rusları onların həqiqliyinə inandırmağa çalışır.

Piontkovski əmindir ki, Şoyqu artıq cəzalandırılıb:

“Putin hərbçiləri dəyişəcək və Dvornikov kimi ağlını itirmiş cəlladları təyin edəcək. Diktator generalları xəyanətdə ittiham edə bilər.

Tərəflərdən biri digərini zərərsizləşdirməlidir. Bu, Donbas savaşının əsas yekunudur. Generallar da bu qarşıdurmaya hazırlaşır. Əsas döyüş Donbasda deyil, Moskvada olacaq. Bu hadisələr mayın ilk ongünlüyündə baş verəcək və müharibənin nəticəsini müəyyən edəcək.

Müharibənin nəticəsi öncədən bəllidir: Ukrayna qalib gələcək, Rusiya məğlub olacaq. Lakin məsələ nə cür məğlubiyyət və hansı nəticələrin olacağıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru