Mask “Tesla”nın 4 mlrd. dollarlıq səhmlərini - SATIB

29-04-2022, 12:38           
Mask “Tesla”nın 4 mlrd. dollarlıq səhmlərini - SATIB
Dünyanın ən varlı insanı İlon Mask aprelin 26-sı və 27-si sahib olduğu “Tesla”nın təxminən 4 milyard dollarlıq səhmlərini satıb.

Teref.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) əməliyyatlar haqqında açıqlamasında deyilir.

SEC-ə təqdim olunan sənədlərə əsasən, qiymətli kağızların satışının əsas payı aprelin 26-sinə təsadüf edib. Mask cəmi iki gün ərzində avtomobil şirkətlərinin 4.4 milyon səhmini satıb.

Xatırladaq ki, daha əvvəl iş adamı 44 milyard dollara “Twitter”i alıb. Bunun fonunda onun sərvəti bir gündə 29 milyard dollar azalıb. Səbəb isə avtomobil istehsalçısının səhmlərinin çökməsi olub. Belə ki, sərmayəçilər milyarderin planlarını yüksək qiymətləndirsələr də, ehtiyatlı davranılar və Maskın sahib olduğu bütün layihələri effektiv şəkildə idarə edə biləcəyinə inanmırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru