."Kiyev kabusu" düşmən qırıcıları ilə qeyri bərabər döyüşdə həlak oldu... Ukrayna şərəfli oğlu ilə vidalaşdı...
30-04-2022, 17:05
Ukraynada müqavimətin simvollarından birinə çevrilən və 40-dan çox Rusiya təyyarəsini vurduğu iddia edilən "Kiyev kabusu" ləqəbli qırıcı pilotun öldüyü açıqlanıb.
Qəzet yazır ki, "Kiyev kabusu" Rusiyanın ölkəmizə qarşı açdığı müharibənin ilk sutkasında altı düşmən təyyarəsini məhv etməsi ilə məşhurlaşdı: Su-27, MiG-29, iki Su-35 və iki Su-25. Daha sonra məjv edilən təyyarələrin sayı 40 çatıb Teref.az ukrainenews.fakty.ua-ya istinadən xəbər verir ki, İngiltərənin "The Times" qəzetinə danışan Ukrayna mənbələri pilotun ölümünü təsdiqləyiblər. Eyni zamanda həyatını itirən pilotun kimliyi də ilk dəfə açıqlanıb.
Qeyd olunub ki, Rusiya işğalçılarının üstün qüvvələri ilə hava döyüşü zamanı mayor Stepan Tarabalka "səmaya getdi": "MiQ-29-dakı qırıcı pilot Kremlin dinc şəhərləri bombalamaq üçün göndərdiyi təyyarələrlə qeyri bərabər döyüşə girib. Hava məkanını qoruduğuna, igidliyinə və cəsarətinə görə mayor Stepan Tarabalkaya «Ukrayna Qəhrəmanı» (ölümündən sonra) adı verilmişdir,Tarabalkanın bir övladı var.
Ukrayna mənbələri pilotun dəbilqəsi və eynəyinin tezliklə Londonda keçiriləcək hərracda satışa çıxarılacağını bildiriblər. Tanrı "Kiyev kabusu"-nun ruhunu şad etsin!! Teref.az