Rusiya kəşfiyyat PUA-larının çatışmazlığı ilə üzləşir - Britaniya MN

21-05-2022, 12:54           
Rusiya kəşfiyyat PUA-larının çatışmazlığı ilə üzləşir - Britaniya MN
Rusiya-Ukrayna müharibəsində pilotsuz uçuş aparatlarının (PUA) hər iki tərəf üçün də önəmli rol oynadığı görünür, baxmayaraq ki, onlar çoxlu itkilərə məruz qalıblar.

Teref.az APA-ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Vurğulanıb ki, PUA-ların vurulmasının asan olması, həmçinin antiradar sistemlərinə qarşı həssaslığı sübut edilib. Əlavə olunub ki, Rusiya Suriyada hazırladığı “Müşahidə zərbəsi” konseptini Ukraynada da tətbiq etməyə cəhd edib və bu konsepsiyada döyüş təyyarələri və artilleriya vasitələri ilə zərbələr endirilməsi üçün hədəflərin müəyyənləşdirilməsində müşahidə PUA-larından istifadə edilir. Qeyd olunub ki, Rusiya çox güman ki, bu tapşırıq üçün müvafiq kəşfiyyat PUA-larının çatışmazlığı ilə üzləşir.

Bildirilib ki, bu problem sanksiyalar nəticəsində yerli istehsal imkanlarının məhdudlaşması ilə daha da güclənir. Məlumatda vurğulanıb ki, Rusiyanın pilotlu döyüş təyyarələri, ehtimal ki, zədələnməmiş Ukrayna hava hücumundan müdafiə sistemlərinin yaratdığı təhlükə səbəbi ilə Ukrayna ərazisində döyüş uçuşlarını həyata keçirməkdən yayınırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.