Elşad Miri: ""Quran" ona görə yanmır ki, içinə..."

27-05-2022, 00:06           
Elşad Miri:
İlahiyyatçı Elşad Miri "Qurani-Kərim" haqqında maraqlı açıqlama verib.

O, CebheTV- yə açıqlamasında ehtiyatsızlıqdan və digər səbəblərdən külə dönən evlərdən "Quran"ın yanmamış vəziyyətdə çıxarılmasına aydınlıq gətirib:

"Quran"ın mahiyyətini dərk etmək lazımdır. Yadınızdadırsa, Binəqədidə bina yandı. Həmin ərəfədə bizim telekanallar orda çəkiliş aparmışdılar. Yanmayan "Quran"ı möcüzə kimi ictimaiyyətə təqim etmişdilər".

Müsahibin fikrincə, kitabın yanmamağı onun möcüzəli olmasında deyil: "Möcüzə insanı dəyişməsində, dəyişə bilmək xüsusiyyətindədir. Əgər möcüzə axtarırıqsa, orda uşaqlar öldü. Onların sağ qalması möcüzə olardı".

Elşad Miri "Quran"ın yanmamasını kitabın açılıb, oxunmaması ilə əlaqələndirib. Bildirib ki, bununla kitabın içərisinə oksigen girmir. "Quran" da məhz buna görə yanmır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.