Putinin nüvə çamadanını daşıyan polkovnik güllələndi

23-06-2022, 00:03           
Putinin nüvə çamadanını daşıyan polkovnik güllələndi
Rusiya Prezidenti Vladimir Putinin nüvə çamadanını daşıyan polkovnik Vadim Zimin Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilinin mətbəxində başından güllələnmiş vəziyyətdə tapılıb.

TNS xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Hazırda 53 yaşlı Zimin ağır vəziyyətdə reanimasiyadadır.

Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vidim Zimin bir vaxtlar “qırmızı düymə” adlanan nüvə nəzarəti portfelinə rəhbərlik edib. Zimin keçmiş prezident Boris Yeltsinin dövründə də bu vəzifədə çalışıb. Daha sonra o, təhlükəsizlik xidmətində fəaliyyətini davam etdirərək Vladimir Putinin dövründə polkovnik rütbəsinə qədər yüksəlib.

O tez-tez daxili və xarici səfərlərində Putini müşayiət edib. Mənbələrdən əldə edilən məlumata görə, Zimin Putinin ən çox güvəndiyi adamlardan biri olub.

O da məlumdur ki, Vadim Zimin təqsirini qəti şəkildə rədd etdiyi cinayət işi üzrə ev dustağı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru