Ukraynalı uşaqların təkbaşına Britaniyaya daxil olmalarına icazə veriləcək

23-06-2022, 11:04           
Ukraynalı uşaqların təkbaşına Britaniyaya daxil olmalarına icazə veriləcək
Böyük Britaniya azyaşlı ukraynalı qaçqınların qəbulu ilə bağlı yeni qaydalar elan edə bilər.

Belə ki, 18 yaşına çatmamış ukraynalıların ölkəyə müşayiət olmadan gəlmələrinə icazə veriləcək. Bu halda yeniyetmələrdən sadəcə valideyn və ya qəyyumundan yazılı icazə tələb olunacaq.

Qeyd edək ki, BMT-nin Uşaq Fondu - UNICEF-in məlumatına görə, bu ilin fevralından Ukraynada beş milyona yaxın uşaq öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Onlardan iki milyonu ölkəni tərk edib, üç milyonu isə müvəqqəti olaraq Ukrayna daxilində başqa yerə köçüb.

Mənbə: RBK












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru