101 yaşlı müttəhim hakim qarşısında

28-06-2022, 10:38           
101 yaşlı  müttəhim hakim qarşısında
Almaniyanın Berlin şəhərində 101 yaşlı Jozef Şutzun növbəti məhkəmə prosesi keçirilib.

Lent.az BFM TV-yə istinadla xəbər verir ki, faşist əsir düşərgəsinin keçmiş nəzatərçisi 1942-1945-ci illərdə 3518 dustağın ölümündə iştirak etməkdə ittiham olunur. Prokurorluq onun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəməyə əlil arabasında gətirilən şəxs ittihamları rədd edərək faşist Almaniyasının ordusu və polisi ilə əlaqələri barədə deyilənləri yalan adlandırıb.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Almaniya tarixinin ən yaşlı müttəhimi ilə bağlı bütün proseslər dayandırılmalıdır. Müstəntiqlər 1973-cü ildən indiyədək onunla bağlı heç bir sübut tapa bilməyiblər. Müharibənin şahidləri artıq həyatda deyil, sağ qalanlar da danışmaq qabiliyyətini itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru