Belarusun 13 min əsgəri hücum əmri gözləyir

12-08-2022, 09:38           
Belarusun 13 min əsgəri hücum əmri gözləyir
Belarusun 13 minə qədər xüsusi təyinatlı qüvvələri və OMON-un keçmiş hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün saziş imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

O bildirib ki, Rusiya Belarusu hələ də müharibəyə cəlb etməyə davam edir:

"Belarus Silahlı Qüvvələrinin artıq 6 batalyonu Ukraynanın dövlət sərhədi boyunca yerləşdirilib”.

Qromovun sözlərinə görə, müharibədə iştirak edən belaruslar üçün əsas motivasiya maddi mükafatdır. Çünki rusların hərəkətlərində heç bir ideoloji əsas yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru