Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib

12-08-2022, 10:18           
Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib
İstanbuldakı Koordinasiya Mərkəzi Ukrayna limanlarından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

TEREF APA-ya istinadən xəbər verir ki, bu barədə Koordinasiya Mərkəzi məlumat yayıb.

Yujnıy limanından çıxacaq gəmi 60,15 min ton qarğıdalını İranın Bəndər-Xomeyni limanına çatdırmalıdır. Çernomorsk limanından çıxacaq gəmi isə Türkiyənin Təkirdağ limanına 3000 ton taxıl aparacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.