Saakaşvilinin səhhəti ağırlaşıb-17 xəstəlik aşkarlanıb

12-08-2022, 11:40           
Saakaşvilinin səhhəti ağırlaşıb-17 xəstəlik aşkarlanıb
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidə 17 xəstəlik aşkar edilib.

Yenixeber.org: Bu barədə onun qardaşı Giorgi Saakaşvili bildirib.

“Onun 14 diaqnozu vardı, son günlər üçü də əlavə olundu. Qardaşımın xarici klinikaya köçürülməsinə ehtiyac var. Vəziyyəti əcnəbi ekspertlər öyrənməlidir. O, demək olar ki, heç nə yemir və 11 kiloqram arıqlayıb”, - eks-prezidentin qardaşı deyib.

Saakaşvili hazırda Tbilisidəki “Vivamed” klinikasında müalicə olunur.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Ona 6 il həbs cəzası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru