“Avqustun 19-da Zabuxdakı ermənilərin suyu, 20-də isə işığı kəsiləcək…” - “Azadlıq”

14-08-2022, 00:01           
“Avqustun 19-da Zabuxdakı ermənilərin suyu, 20-də isə işığı kəsiləcək…” - “Azadlıq”
İndiyə qədər heç bir erməni Laçın və Zabuxdan ayrılmayıb, amma çox vaxt yoxdur. 12 gündən sonra ermənilər Laçın dəhlizinin yaşayış məntəqələrini tərk etməlidirlər. Artıq Zabuxdakı ermənilərə avqustun 19-da suyun, avqustun 20-də isə işığın kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Yenisabah.az xəbər verir ki, ABŞ-ın “Azadlıq” radiosunun “Azatutyun”- erməni redaksiyasının reportajında belə deyilir.

Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndindəki separatçı rejimin vəd etdiyi məbləği Laçın və Zabuxdakı haylara verib. Hər ailəyə 250.000 dram(təxm. 993 AZN), tənhalara isə 125.000 dram(təxm.496 AZN) verilib. Bu məbləğ köçürülmə tədbirinin təşkili üçün nəzərdə tutulub.

“Burada daşınmaz əmlakı olan, lakin əslində burada yaşamayan adamlara, yəqin ki, biz onlara yalnız yanacaq verməklə kömək edəcəyik”, – deyə qondarma "Kaşataq" administrasiyasının rəhbəri Muşeq Alaverdyan bildirib.

Onun sözlərinə görə, yaxın aylarda köçkünlərin ailələrinə adambaşına 70 min dram(278 AZN) məbləğində yardım göstəriləcək.Hafta.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru