Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb

14-08-2022, 00:13           
Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb
Ukraynadan gələn ərzaq yüklü ilk gəmi İtaliyanın Ravenna şəhərinə çatıb. Gəmi Avropaya qarğıdalı və soya gətirib.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

“Biz Ukraynadan Ravennaya qarğıdalı və soya yükü daşıyan ilk gəminin gəlişindən çox məmnunuq. İtaliya dünyada və Aralıq dənizində ərzaq təhlükəsizliyinə və Taxıl İxrac Sazişinin həyata keçirilməsinə yönəlmiş bütün mümkün səyləri dəstəkləyir”, - İtaliya Xarici İşlər Nazirliyidən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru