Kəmaləddin Heydərov intim videoları yayılan əməkdaşları işdən çıxardı

17-08-2022, 00:08           
Kəmaləddin Heydərov intim videoları yayılan əməkdaşları işdən çıxardı
Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

Əldə etdiyimiz məlumata görə, videodakı 3 qadından ikisi Dövlət Yanğından Mühafizə Xidmətində, digəri isə nazirliyin əsas ofisində çalışır.

Xanımlar məzuniyyətdə olduqları üçün onların işdən çıxmaq barədə ərizələrinə evlərində qol çəkdirilib.

Videodakı qadınlardan birinin həyat yoldaşının Dövlət Yanğından Mühafizə Xidmətində çalışdığı, artıq onun da işdən çıxmaq barədə ərizə yazdığı deyilir.

Həmçinin, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb. Nazir video görüntülərin sosial şəkildə necə yayılmasının ciddi çəkildə araşdırılıb ona raport verilməsini tapşırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru