Asiyada təbii qazın qiyməti 2 500 dolları keçib

25-08-2022, 11:12           
Asiyada təbii qazın qiyməti 2 500 dolları keçib
Asiyanın ən bahalı mayeləşdirilmiş təbii qaz fyuçerslərinin 2023-cü ilin yanvar ayı üzrə qiyməti hər 1 000 kubmetr üçün 2 560 ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu “CME Group”un “JKM Platts” indeksi üzrə məlumatları göstərir.

“Mavi yanacağ”ın bahalaşmasına səbəb kimi Asiyanın inkişaf etmiş ölkələrinin qış mövsümündən qabaq ehtiyatlarını artırması, bunun nəticəsində bazarda ciddi rəqabətin yaranması göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru