Turist bir şüşə pivəyə 55 min dollar xərclədi

26-08-2022, 11:53           
Turist bir şüşə pivəyə 55 min dollar xərclədi
İngiltərədə bir turist bir şüşə pivəyə 55 min dollar xərcləyib. Hərçənd, bir neçə gün sonra həmin pul ona qaytarılıb.

Avstraliyadan gələn Peter Lalorun dediyinə görə, o, Mançesterdəki paba baş çəkib, orada bir şüşə pivə sifariş edib.

Hesabı gətirərkən o, çekdəki məbləğə baxmayıb və sifarişini kartla ödəyib. Lakin turistin telefonuna 55 min dollar xərclədiyi barədə bildiriş gələndə bunun səhv olduğunu anlayıb.

Məlum olub ki, ofisiant hesaba artıq sıfırlar əlavə etməklə məbləği ödəniş terminalına səhv daxil edib.

Müəssisənin meneceri problemi həll edərək, artqı pulu sahibinə geri qaytarıb.

Müəssisənin özü isə Peterdən üzr istəyərək onu yenidən paba baş çəkməyə dəvət edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru